"Yazırlar ki, Eldar Mahmudovla yaxınam" - İmişlidən olan deputat

20:01 | 23.10.2015

"Yazırlar ki, Eldar Mahmudovla yaxınam" - İmişlidən olan deputat

Eldar Mahmudov milli təhlükəsilik naziri postundan uzaqlaşdırılandan sonra onun biznes şəbəkəsi, ətrafında olan şəxslərin, onun maraqları çərçivəsində deputat mandatı qazanmış millət vəkillərinin, vəzifə sahiblərinin siyahısı ortaya çıxıb. Adı sabiq nazirin çetesinə daxil olmaqda hallanan deputatlardan biri də 79 saylı İmişli seçki dairəsindən 2 dəfə ardıcıl olaraq deputat olan Əsabil Qasımov idi. MTN şefinin parlamentdəki nümayəndələrindən birinin də məhz Ə.Qasımov olduğu iddia edilirdi.
 
"Qafqazinfo” xəbər verir ki, musavat.com-un əməkdaşı deputatla əlaqə saxlayıb sabiq nazirlə münasibətləri, barəsində yazılanlara münasibətini öyrənib.

Ə.Qasımov deyib ki, E.Mahmudovla tanışlığı haqda iddialar doğru deyil: "Yazırlar ki, sabiq nazir Eldar Mahmudovla yaxınam. Mən də deyirəm ki, Eldar Mahmudovla heç vaxt tanışlığım olmayıb. Onun nəinki 15 addımlığında, heç 15 metrliyində də ömrüm boyu dayanmamışam. Mən seçki kampaniyası aparıram. Barəmdə nə istəyirlərsə yazsınlar”.

Ə.Qasımov barəsində belə məlumatların kimlərin yaymasından xəbərsiz olduğunu da söylədi.

Qeyd edək ki, E.Mahmudovun Milli Məclisdəki əsas kadrları kimi Ə.Qasımovdan savayı deputatlar Çingiz Əsədullayev, Malik Həsənov, Rüfət Quliyev, Hacı Salayev, Rafael Cəbrayılov, Rövşən Rzayev və digərilərinin adı hallanırdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM