Yeni dəyişikliklər mənzil bazarına necə təsir göstərəcək?

23:56 | 06.01.2016
Yeni dəyişikliklər mənzil bazarına necə təsir göstərəcək?

Yeni dəyişikliklər mənzil bazarına necə təsir göstərəcək?

Bu gün Vergilər Məcəlləsinə hansı dəyişikliklərin olunduğunu demək çox çətindir. Çünki hazırda hər hansı alqı-satqı prosesi baş tutmayıb. Belə bir alqı-satqı olmadığı üçün biz edilən dəyişiklikləri konkret olaraq müəyyən edə bilmirik.

Amma ehtimal edə bilərik ki, sadələşdirilmiş verginin tətbiqi vergi yükünün 7-10% azaldılmasına səbəb olacaq. Amma digər tərəfdən, tikinti materiallarına tətbiq edilən mədən vergisinin həcmi 2 dəfə artırılıb. Ümumilikdə götürsək, Məcəlləyə edilən dəyişiklik tikinti sektorunda hər hansı azalma və ya çoxalmaya təsir etmir.

Bu barədə Oxu.Az-a MBA Consulting Group-un baş direktoru Nüsrət İbrahimov bildirib.

O qeyd edib ki, mənzillərin satış şərtləri xeyli yüngülləşdirilib:

"Əvvəllər mənzillərin satışı zamanı həm mənfəət, həm də əlavə dəyər vergisi ödəmək lazım idi. Mövcud qanunvericiliyə görə isə, mənzillərin satış zamanı vergi onun dəyərinə görə deyil, sahəsinə görə hesablanır. Belə ki, "mənzilin hər kv metrinə görə, 15 manat vurulsun zona əmsalı” bu qayda ilə hesablanır. Bu isə mənzilin satış qiymətinin təxminən 1,5-2%-i deməkdir. Düşünürəm ki, bu, böyük bir rəqəm deyil”.

Mütəxəssis həmçinin onu da əlavə edib ki, mənzillərin satışına yeni verginin tətbiqi bazarda aktivliyin artmasına səbəb olacaq.

Öz növbəsində, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, Məcəlləyə yeni dəyişiklik ilə əlaqədar mənzilini satışa çıxaran şəxslər mənzilin qiymətini bahalaşdıracaqlar:

"2016-cı ilin yanvarın 1-dən ən çox dəyişiklik edilən Məcəllə Vergilər oldu. Məcəllədə bəzi yeni vergi növləri tətbiq edildi. Xüsusən məcəllədə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı yeni vergi sistemi tətbiq edildi, bu isə o deməkdir ki, mənzillərin satışı zamanı hər kv metrə görə, 15 manat vergi yükü 4 əmsala vurulacaq.

Bu isə o deməkdir ki, mənzil satan şəxs mənzilin hər kv metrinə görə, 60 manat vergi ödəyəcək. Şəhərin mərkəzində yerləşən mənzillərin satışı zamanı isə mənzilin hər kv metrinə görə, 60 manat vergi ödəniləcək. Bu isə o deməkdir ki, şəhərin mərkəzində 100 kv metrlik mənzil satmaq istəyən şəxs 6000 manat vergi ödəməli olacaq.

Qeyd edək ki, mənzilin satışı zamanı Bakı şəhəri üzrə müəyyən edilmiş 12 zona da nəzərə alınacaq.

Vergi daşınmaz əmlak notariuslar tərəfindən alqı-satqı edilən zaman ödəniləcək. Ötən il əmlakın satışı zamanı daha ağır vergi yükü müəyyən edilmişdi.

O zaman əmlak gəlir vergisinə cəlb edilirdi və mövcud qanunvericiliyə əsasən, mənzil sahibi 5 ildən az müddətə mənzildə yaşayıbsa, onu satırsa o zaman vergi ödəyəcək.

Bundan başqa, satıcılar da buna adekvat olaraq, mənzilin qiymətini bahalaşdıracaqlar.

Artırılmış qiymət ilə isə bazarda mənzil satmaq hazırkı situasiyada çox çətindir”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Vergilər Məcəlləsinə edilən dəyişiklik 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb