Yeni müharibə başlayır?

10:33 | 14.10.2017
Yeni müharibə başlayır?

Yeni müharibə başlayır?

ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib. İstiPress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terroru dəstəkləyən təşkilatlar siyahısına daxil edilib. Həmçinin İranın bir çox şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib. 

"Bizə lazım olan silahları əldə etmək üçün ikiqat çox işləyəcəyik"

"Biz terrorçulara maliyyə yardımı göstərdiyinə görə İrana qarşı yeni sanksiyalar tədbiq etdik", deyə prezident Donald Tramp bildirib.

Trampın qalmaqallı açıqlamaları bununla bitməyib. O, həmçinin İran ilə əldə edilən nüvə razılaşmasını da poza biləcəyini etiraf edib. "Bizim altılıq və İranla əldə edilən razılaşmadan imtinamız baş tuta bilər". Onun sözlərinə görə, İranın qittələrarası ballistik raket hazırlamasının qarşısını almaq üçün artıq konqresmenlər bu qanunda dəyişikliklərin edilməsinin mümkünlüyü ilə bağlı işə başlayıblar. 

ABŞ prezidentini narahat edən məqam isə İranın onlara qarşı münasibətidir. Belə ki, Tramp iddia edib ki, İran ABŞ-a lazım olan hörməti nümayiş etdirməyib.

İran prezidenti Həsən Ruhaninin Trampa cavabı özünü çox gözlətməyib. Ruhani bildirib ki, hər hansı bir ölkənin lideri özbaşına BMT-nin belə dəstəklədiyi vacib beynəlxalq razılaşamanı ləğv edə bilməz.

"Bu çoxtərəfli və beynəlxalq razılaşmadır. Razılaşma BMT tərəfindən də ratifikasiya edilib. Görünür o nə baş verdiyinin fərqində deyil". Ruhani ölkəsinin maraqlarına zidd addım atılmasına da imkan verməyəcəyini deyib. 

"Əgər nə vaxtsa bizim maraqlarımız tapdanarsa, hər hansı tərəf öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarsa onlar bilməlidirlər ki, İran heç tərəddüd etmədən lazımı addımı atacaq". 

Həsən Ruhani ölkəsinin raket proqramı və silahlanmasının ancaq özünümüdafiə üçün olduğunu da vurğulayıb. O, deyib ki, ölkəsi hər zaman özünü müdafiə etməyi hədəf seçib. İran lideri bundan sonra Tehranın öz müdafiəsinə daha çox diqqət ayıracağını da gizlətməyib. "Bizə lazım olan silahları istehsal etməyə davam edəcəyik. Bu gündən isə bu silahları əldə etmək üçün öz səylərimizi ikiqat artıracağıq".

Xatırladaq ki, İran və altılıq ölkələri ( Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramına dair tarixi razılaşma 2015-ci ilin iyun ayında əldə edilib. Danışıqlar zamanı birgə fəaliyyət planı təsdiqlənib. Bu proqraamın icrası ilə İrana qarşı tədbiq edilən maliyyə və iqtisadi sanksiyalar aradan qaldırılmalı idi. 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb