Zaqatalada öldürülənlərdən ikisinin şəxsiyyəti məlum olub YENİLƏNİB

11:02 | 25.11.2013
Zaqatalada öldürülənlərdən ikisinin şəxsiyyəti məlum olub YENİLƏNİB

Zaqatalada öldürülənlərdən ikisinin şəxsiyyəti məlum olub YENİLƏNİB

Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır 

Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.  

 

Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.

 

Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

 

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

 

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

ANN.Az

***

09:45

Rusiyadan yaxınlarının toyuna gələn Balakən sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı maşına "VAZ 2107" markalı avtomobildən atəş açılıb

Qaynar.info ANS TV-yə istinadla xəbər verir ki, Zaqatalada rayonun girişində maşında olan 4 nəfərin güllələnməsi ilə bağlı əməliyyat axtarış tədbirləri gücləndirilib. Əməliyyata güc orqanları ilə bərabər daxili qoşunların bölmələri də cəlb olunub. Rayonun giriş və çıxış hissələrində xüsusi postlar qurulub və ərazidən keçən bütün avtomabillər ciddi yoxlanılır.Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları heç bir açıqlama verməsələr də, əldə edilən məlumata görə silahlı insidenti törədən şəxs və ya şəxslərin olduğu maşın bəlli olub. Həmin avtomobilin sahibi və dövlət nömrə nişanı məlum olmasa da, "VAZ 2107" markalı ağ rəngli "Jiquli" olduğu bildirilir. Həmin avtomobildən Balakən rayon sakini Rusiya vətəndaşı olan Əliqayev Vüsal Xəlil oğlunun idarə etdiyi 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına atəş açılıb.Atəşə tutulan avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Bundan sonra "VAZ 2107" markalı maşında olan şəxs və ya şəxslər maşını gülləbəran edib. Avtomabildə olan sürücü və sərnişinlərin hamısı yaralanıb. Sərnişinlərin 3-də elə hadisə yerindəcə dünyasını dəyişib. Onlardan ikisi Balakən rayon sakinidir.Qol və baş nahiyəsindən güllə yarası alan sürücü Vüsal Əliqayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hüquq mühafizə orqanları ilə bərabər rayon xəstəxanasından da yaralının vəziyyəti ilə bağlı hər hansı bir məlumat almaq mümkün olmayıb. Lakin yaralı Balakən rayon sakini Vüsal Əliqayevin uzun illər Rusiyada yaşadığı və rayona yaxın qohumlarının toy mərasimində iştirak etmək üçün gəldiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb