Zərif Bakıdan Naxçıvana getdi

14:44 | 06.04.2018
Zərif Bakıdan Naxçıvana getdi

Zərif Bakıdan Naxçıvana getdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 6-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
 
AzVision.az "İRNA”-ya istinadən xəbər verir ki, səfər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçirilir.

Zərif bildirib ki, İranla Naxçıvan arasında yaxşı münasibətlər mövcuddur: "Mən ümid edirəm ki, bu səfər mövcud münasibətlərin daha da yüksək səviyyəyə çatmasına kömək edəcək. İran və Naxçıvan arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər fəal inkişaf edir”.

Qeyd edək ki, M.Zərif aprelin 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına iştirak edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb