Zeynəb Xanlarova Amerikaya köçdü - Yenidən deputatlığa namizədlik verəcək?

15:51 | 11.12.2019
Zeynəb Xanlarova Amerikaya köçdü - Yenidən deputatlığa namizədlik verəcək?

Zeynəb Xanlarova Amerikaya köçdü - Yenidən deputatlığa namizədlik verəcək?

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri modern.az-a Azərbaycan Milli Məclisinin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb