Bu rayonda qaz olmayacaq

10:33 | 15.01.2019
Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun təbii qazla təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Anews.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, saat 10:00-dan təmir işləri tamamlanana qədər 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Motodrom yaşayış sahəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb