Sentyabrda Rusiyada neft hasilatı azalıb

21:30 | 02.10.2017
Sentyabrda Rusiyada neft hasilatı azalıb

Sentyabrda Rusiyada neft hasilatı azalıb

Həmçinin, ötən ay neft ixracı da azalma göstərib.

Rusiyanın sentyabr ayında orta gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 0,1% azalaraq 10,907 mln. barel təşkil edib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Rusiya Yanacaq-energetika kompleksinin Mərkəzi Dispetçer İdarəsi tərəfindən yayılıb.

Agentlik bildirir ki, illik müqayisədə sentyabrda orta neft hasilatı 1,7% azalma göstərib. Qeyd edək ki, 2016-cı ildə Rusiyada orta hesabla 11,247 mln. barel/gün neft hasil edilib. Sentyabrda neft ixracı isə aylıq müqayisədə 3,6%, illik müqayisədə 6,3% azalıb və 5,242 mln. barel/gün təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb