Teymur Rəcəbov üçün İspaniyada son şans

19:44 | 16.11.2017
Teymur Rəcəbov üçün İspaniyada son şans

Teymur Rəcəbov üçün İspaniyada son şans

Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə Qran-Pri seriyasının yekun mərhələsi start götürür.
 
Anews.az Report-a istinadən xəbər verir ki, bu mərhələnin yekununda dünya şahmat tacına namizədlər turnirinin son iştirakçıları müəyyənləşəcək.
 
FIDE-nin Qran-Pri seriyası 2018-ci ilin martında Berlində başa çatacaq çempion tsiklinin seçmə mərhələlərindən biridir. Berlində 8 namizədin iştirakı ilə keçiriləcək turnirdə şahmat tacının Norveçdən olan sahibi Maqnus Karlsenin rəqibi müəyyənləşəcək.
 
Dörd mərhələnin yekunu üzrə Qran-Pridə ilk iki yer uğrunda dörd qrossmeyster – rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav iddia edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb