"417 terrorçu məhv edilib" - Baş Qərargah

18:45 | 10.10.2016

"417 terrorçu məhv edilib" - Baş Qərargah

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.

ANN.Az Baş Qərargahın mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı PKK terror təşkilatının 417 üzvü məhv edilib, 88 hərbçi ölüb.

Məlumatda həmçinin bildirilir ki, ümumilikdə, 537 terrorçu zərərsizləşdirilib:
 
"Onlardan 417-si məhv edilib, 61-i yaralanıb, 41-i təslim olub, 18-i isə tutulub. Əməliyyatlarda 88 türk hərbçisi həlak olub, 152-si xəsarət alıb. Bununla yanaşı, terrorçulara məxsus xeyli sayda silah-sursat ələ keçirilib".
 
Kamil ƏMİRLİ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM