Gürcüstanda 9 aylıq körpə koronavirusa yoluxub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında qeyd olunub. Bildirilib ki, ölkədə yaşı 18-dən az olan COVİD-19 xəstələrinin sayı 98 nəfərdir və ümumi halların 12.2%-ni təşkil edir. Yoluxmaların orta yaş həddi isə 42-dir. Hesabatda qeyd olunub ki, Gürcüstanda koronavirusa yoluxan ən yaşlı xəstənin 90 yaşı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !