ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlandı- SİYAHI

12:20 | 22.07.2015
ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlandı- SİYAHI

ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlandı- SİYAHI

ABŞ-da ən yaxşı musiqili videoklip müsabiqəsi olan MTV (Video Music Awards) mükafatı nominantlarının adları açıqlanıb.

"Report" xəbər verir ki, iştirakçılar arasında mübarizə 17 kateqoriya üzrə aparılır.

Müsabiqənin 9 mükafatının nominantı 25 yaşlı amerikalı müğənni Teylor Sviftdir. İkinci yerdə 6 nominasiya üzrə qalib göstərilən 24 yaşlı ingilis müğənni Ed Şiran gəlir. 5 nominasiyanın qalibi kimi müğənni Beyonse, müğənni Mark Ronson və amerikalı reper Kemdrik Lamar göstərilib.
Müsabiqənin "İlin videoklipi" nominasiyasında ilk yerdə Teylor Svift yarışır.

Qeyd edək ki, təntənəli mərasim avqustun 30-da Los-Ancelesdə keçiriləcək.

Mərasimin aparıcısı müğənni Mayli Sayrus olacaq.

Qeyd edək ki, nüfuzlu MTV (Video Music Awards) mükafatını 1984-cü ildə MTV telekanalı təsis edib.
Mükafat musiqi industriyası sahəsində ən uğurlu vidokliplərə təqdim edilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb