ABŞ-dan Türkiyəyə dəstək mesajı

10:00 | 18.02.2016
ABŞ-dan Türkiyəyə dəstək mesajı

ABŞ-dan Türkiyəyə dəstək mesajı

ABŞ Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktını kəskin şəkildə pisləyib.

Oxu.Az xəbər verir ki, Ağ Evin Beynəlxalq təhlükəsizlik şurasının sözçüsü Ned Prays yaydığı yazılı bəyanatda "ABŞ Ankarada baş vermiş terror hücumunu kəskin şəkildə pisləyir” ifadəsinə yer verib.

Hücumda həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyən Prays "terror təhlükəsi ilə mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə möhkəm tərəfdaşlığımızı bir daha təsdiqləyirik”, - deyə o bəyan edib.

ABŞ-ın müdafiə naziri Eşton Karter (əsas fotoda) də yaydığı açıqlamada "Müdafiə Nazirliyinin adından Ankaradakı terror hücumunda həyatlarını itərənlərin ailələrinə başsağlığı verirəm”, - deyib.

Karter xain hücumu kəskin şəkildə pislədiyini vurğulayaraq "türk dostlarımızla birlikdəyik” qeyd edib.

Bu hücum terror qarşı apardığımız mübarizədə əməkdaşlığımızı daha da dərinləşdirəcək”, - deyə o vurğulayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb