Anar Ağakişiyev qəzaya düşdü - VİDEO

10:11 | 16.05.2019
"Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəzaya düşüb.  
Anews.az news24.az-a istinadən xəbər verir ki, İsrailə ezam olunan əməkdaşlarının verdiyi xəbərə görə, stilist motosikletdən yıxılıb.

Nəticədə o, sol gözündən və başından xəsarət alıb. Stilistə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub.


www.anews.az
loading...