Arif Quliyevi necə "öldürdülər" - Açıqlama

12:14 | 22.05.2014
Arif Quliyevi necə "öldürdülər" - Açıqlama

Arif Quliyevi necə "öldürdülər" - Açıqlama

Xalq artisti Arif Quliyev, barəsində yayılmış ölüm xəbərinə münasibət bildirib.Axşam.az-ın məlumatına görə, aktyor “Öz aramızda” verilişinə açıqlamasında bu şayiəni ondan intiqam almaq məqsədiylə qəsdən yaydıqlarını deyib:“Bu şayiə ilə kimsə ya qisas alırdı, ya da nəsə demək istəyirdi. O adam etdiyi işin məsuliyyətini anlamır. Başa düşmür ki, mənim qohumlarım, övladlarım, həyat yoldaşım var, onlar necə stress keçiriblər. Ölüm xəbərimi gözəl qarşıladım. Çünki insan ölümdən qorxmamalıdır, hər dəqiqə buna hazır olmalıdır. Nəyə hazırsansa, o səndən çəkinir. Allah bizi yaratdığı kimi sonumuzu da özü yazıb. "Arif Quliyev ölüb" xəbərinin təməlində nəyin dayandığını bilirəm. Üç ay əvvəl məni bir jurnalist toya çağırdı. Dedi "rayonda toy var, ev yiyəsinə söz vermişəm ki, Arif Quliyevi gətirəcəm". Mən də cavab verdim ki, həmin gün toy danışmışam, beh də almışam. Aramızda mübahisə oldu, "həmin gün səni öldürərəm, görərsən" dedi. Düşünürəm ki, xəbəri həmin jurnalist yazıb və məndən intiqam alıb. Amma o bu xəbərlə məni daha da xoşbəxt etdi. Mənə qarşı olan sevgini bir daha gördüm. Mən sağam, ölmək fikrim də yoxdur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb