Azərbaycan Pakistanda keçirilən sərgidə təmsil olunub

21:31 | 02.12.2013
Azərbaycan Pakistanda keçirilən sərgidə təmsil olunub

Azərbaycan Pakistanda keçirilən sərgidə təmsil olunub

Pakistanın paytaxtı İslamabadda “Serena” mehmanxanasında təşkil olunan sərgidə Azərbaycan da təmsil olunub.

ANN.Az xəbər verir ki, sərgidə Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən əşyalar, suvenirlər, həmçinin milli mətbəx nümunələri təqdim olunub.

Tədbirdə Pakistanın rəsmi şəxsləri, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katibi Cəlil Gilani, millət vəkilləri, digər dövlət və ictimai qurumların, eləcə də Pakistan mediasının nümayəndələri iştirak ediblər.

Azərbaycan guşəsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb, onlar milli mətbəximizin ləziz təamlarını dadıblar.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları iştirak ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM