Azərbaycan prezidentinin Pekində rəsmi qarşılanma mərasimi oldu

17:00 | 10.12.2015
Azərbaycan prezidentinin Pekində rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan prezidentinin Pekində rəsmi qarşılanma mərasimi oldu


Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Si Cinpinə təqdim olunub.
 
Hərbi orkestrin ifasında Azərbaycan və Çinin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Əllərində Azərbaycan və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb