Azərbaycan terror təhlükəsi olmayan ölkələr sırasındadır

17:02 | 18.03.2024
Azərbaycan terror təhlükəsi olmayan ölkələr sırasındadır

Azərbaycan terror təhlükəsi olmayan ölkələr sırasındadır

"Global Terrorism Index 2024” (GTI) hesabatı  terror təhlükəsinə görə Azərbaycana "0” indeksini verib. Bu barədə "Global Terrorism Index 2024” hesabatında bildirilib.
 
Terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralada Burkino Faso (8.571), İsrail (8.143), Mali (7.998), Pakistan (7.916), Suriya (7.89), Əfqanıstan (7.825) daxil edilib.
 
Hesabatda sonuncu yəni 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlər qeydə alınıb.

Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə qərarlaşıb.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb