İlham Əliyev Putinə başsağlığı verib - YENİLƏNİB

00:10 | 23.03.2024
İlham Əliyev  Putinə başsağlığı verib - YENİLƏNİB

İlham Əliyev Putinə başsağlığı verib - YENİLƏNİB


Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

"Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.
Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.
 
 23:40

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.Bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

"Moskvada "Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”, – xarici siyasət idarəsi qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb