Azərbaycana qarşı dəhşətli hücum planı: İrəvan qadağan olunmuş SİLAHA ƏL ATIR

10:38 | 10.07.2017
Azərbaycana qarşı dəhşətli hücum planı: İrəvan qadağan olunmuş SİLAHA ƏL ATIR

Azərbaycana qarşı dəhşətli hücum planı: İrəvan qadağan olunmuş SİLAHA ƏL ATIR

Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır.

Publika.az xəbər verir ki, düşmən ölkənin Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan istifadə edə biləcəyinə dair informasiyalar var.

"Kavkazplus” saytı yazır ki, İrəvan "strateqləri” kütləvi qırğın silahına malik olmaq ideyasından əl çəkmirlər: "Ermənistan nüvə bombasından daha ucuz başa gələn, lakin olduqca dəhşətli qırğınlara səbəb ola biləcək kimvəyi və bakteroloji silahdan istifadə etməyə hazırlşır. Qarabağ müharibəsində erməni tərəfinin kimyəvi silah tətbiq etdiyinə dair faktlar var. Lakin hazırda Ermənistan hakimiyyəti kimyəvi silah proqramlarını məxfiləşdirib. Kimyəvi silaha paralel olaraq, bakterioloji və bioloji silah üzərində iş aparılır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu silahların tətbiqi böyük effekt yaradır”.

Sayt bakterioloji silahın müasir növlərini təqdim edir: "İnsanları hədəfə almaq, eyni zamanda, heyvan və kənd təsərrüfatı bitkilərini vurmaq; böyük psixoloji təsir; yoluxdurucu xəstəliklər və s. Ermənistanın iqtisadi vəziyyəti müasir silahlar əldə etməyə imkan vermir, buna görə də daha ucuz olan bakterioloji və biloji silahlara üstünlük verir”.

Məqalədə vurğulanır ki, erməni lobbisi bu silahların əldə edilməsində ABŞ və NATO-nun Yaxın Şərqdə bakterioloji silah üzərində nəzarəti əldə etmək cəhdindən istifadə edir.

"Erməni lobbisinin ABŞ-da gücünü nəzərə alsaq, istina deyil ki, yaxın vaxtlarda Ermənistan Amerikanın köməyi ilə bakterioloji silah əldə edəcək. Lakin İrəvan daxilində bu məsələyə görə ikitərəfli fikir var. Rusiyayönümlü məmurlar bundan açıq şəkildə narazılıqlarını bildirirlər. Onlar İrəvan rejimi bakteroloji silah əldə etmək üçün ABŞ-la əməkdaşlıqdan imtina etməyə çağırır”, - deyə sayt vurğulayır.

Məqalədə erməniyönmülü "EADaily” saytının "Ermənistanda bio-laboratoriyaların yaradılması kimə lazımdır” başlıqlı məqaləsini xatırladır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM