Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü - FOTO

14:00 | 05.12.2018
Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü - FOTO

Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, saat 18:15-də Salyan-Neftçala yolunun 37-ci kilometrliyində 03.08.1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlunun idarə etdiyi "VAZ 21214” markalı, 90 SD 432 nömrə nişanlı avtomobil, Bağəli Şirinovun sürdüyü "T-28” markalı traktorun qoşqusuna çırpılıb. Daha sonra avtomobil idarəetmədən çıxaraq "Kredit Evi” kredit təşkilatının Neftçala filialının kredit mütəxəssisi Ələkbərov Şahmar Vahid oğlunun sürdüyü 47 BD 441 nömrə nişanlı, "Mitsubishi Pajero İO” markalı digər minik maşınına çırpılıb. Nəticədə Vasif Qurbanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasif nişanlı olub və bu həftə nişan mərasimi baş tutacaqmış. O, "Aqrolizinq”in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb