Azərbaycanlıdan 7 milyonluq oğurluq - FOTO

11:53 | 22.12.2014
Azərbaycanlıdan 7 milyonluq oğurluq  - FOTO

Azərbaycanlıdan 7 milyonluq oğurluq - FOTO

Rusiyanın paytaxtında məşhur rəssamların əsərlərini oğurlamaqda ittiham edilənlən şəxslər tutulub.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, rəsm əsərləri iyun aynın 13-də oğurlanıb.

Tanınmış iki rəssamın əsəri Marriott Qrand otelindəki qalereyadana aparılıb. Oğurlanan əsərlər Vasiliya Polenovanın "Çayla peyzaj" və Konstantin Makovskinin "İvan Qroznının ölümü"olub. Onların ümumi dəyəri 7 milyon rubl (təqribən 95 500 manat) civarındadır.

Şübhəli şəxslər Arbat küçəsindəki zərgərlik mağazasının soyulması işi ilə əlaqədar saxlanılıblar. Onlardan biri 33 yaşlı Gürcüstan, digəri isə 38 yaşlı Azərbaycan vətəndaşıdır.

Barmaq izlərinin araşdırmasından sonra oların rəsm oğurluğu ilə əlaqəli olduğu da üzə çıxıb.

Şübhəli şəxslər polislə əməkdaşlıqdan və itən rəsmlərin yerini deməkdən imtina ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb