Azərbaycanlılar 7,5 milyard manatlıq alış-veriş edib

14:25 | 14.05.2015
Azərbaycanlılar 7,5 milyard manatlıq alış-veriş edib

Azərbaycanlılar 7,5 milyard manatlıq alış-veriş edib

2015-ci ilin yanvar-aprel aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 %  çox əmtəə satılıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılmış istehlak mallarının 50,1 %-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 %-ni qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 % bəndi artıb.

Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat təşkil edib.

 Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 %-ni  hüquqi şəxslərin, 7,2 %-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,4 %-ni qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 %  artaraq 289,9 milyon manat olub.  Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 milyon manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb