“AzNar” QSC-dən cəbhəyə sovqat

21:21 | 25.06.2017
“AzNar” QSC-dən cəbhəyə sovqat

“AzNar” QSC-dən cəbhəyə sovqat

Göyçay rayonunda fəaliyyət göstərən "AzNar” QSC-nin nar emalı müəssisəsinin kollektivi 26 iyun-Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Bərdə və Tərtər rayonlarındakı hərbi hissələrə bayram sovqatı aparıb.

Bu barədə "AzeriDefence” "AzNar” QSC-yə istinadən məlumat verib.

Rusiyada yaşayan azərbaycanlı iş adamı, "AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə ilə keçirilən bu xeyriyyə aksiyası zamanı 2 yük avtomobili vasitəsilə nar emalı zavodunun meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb.

Qida məhsulları ön xətdə Ermənistan Ordusu ilə üz-üzə dayanan əsgərlərə paylanılıb. "AzNar” QSC-nin baş direktoru Teymur Əhmədov cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərləri bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, "AzNar” QSC-nin rəhbərliyi 10 ildən artıqdır ki, ənənəvi olaraq 26 iyun-Silahlı Qüvvələr günü və Novruz bayramı münasibətilə ön cəbhədəki hərbi hissələrə bayram sovqatı göndərir.

Bundan əlavə şirkət tərəfindən mütəmadi olaraq Bakıda və ölkənin digər bölgələrində əlillər, aztəminatlı ailələr, valideyn himayəsndən məhrum uşaqlar, ahıl insanlar üçün xeyriyyə aksiyaları keçirilir, onlara maddi yardım, geyim və ərzaq məhsulları verilir.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM