Brent markalı neftin qiyməti 35 dollardan aşağı düşdü

18:19 | 06.01.2016
Brent markalı neftin qiyməti 35 dollardan aşağı düşdü

Brent markalı neftin qiyməti 35 dollardan aşağı düşdü

London birjasında neftin bir barrelinin qiyməti aşağı düşərək son 11 ilin minumum səviyyəsinə çatıb.

Çərşənbə axşamından bəri fevral ayına təklif edilən fyuçers qiymətləri bir barrelə 34,85 dollar həddində qərarlaşıb.

Bloomberg agentliyinin təhlilində deyilir ki, qiymətlərin enməsinə səbəb ABŞ neft ehtiyatlarının həcmi barədə yeni məlumatların açıqlanması olub.

Mütəxəssislərə əsasən, İran-Səudiyyə mübahisəsi nəticəsində qiymətlərin artacağı barədə proqnozlar özünü doğrultmayıb.

Buna səbəb beynəlxalq bazarlarda təklifin tələbatdan artıq olmasıdır, Bloomberg agentliyinə danışan mütəxəsisslər bildirir.

Bəzi təhlilçilər qarşıdan gələn həftələr ərzində neftin qiymətinin 30 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar.

Daha əvvəl bənzər bəyanatla Rusiya Baş Nazirinin müavini Arkadi Dvorkoviç çıxış edib.

Həftənin əvvəlində, Səudiyyə və İran mübahisəsi barədə xəbərlər fonunda Brent markalı neftin qiyməti əhəmiyyətli şəkildə artıb. Lakin bir qədər keçmiş qiymətlər yenidən düşməyə başlayıb.

Çərşənbə günü Moskva birjasında rublun məzənnəsi də aşağı düşüb. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb