Bu qız “Kainat gözəli” seçildi

10:09 | 26.01.2015
Bu qız “Kainat gözəli” seçildi

Bu qız “Kainat gözəli” seçildi

"Kainat gözəli 2014” müsabiqəsinin qalibi Kolumbiya vətəndaşı Paulina Veqa oldu.

Bu barədə bazar ertəsi, yanvarın 26-da Associated Press məlumat yayıb.

Kolumbiyalıdan başqa finala ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri yüksəliblər. Ümumilikdə müsabiqədə 87 qız iştirak edib. Yarış Mayamidə baş tutub.

Vitse-miss titullarını ABŞ-ı təmsil edən Nia Sançes, "Miss Ukrayna” Diana Qarkuşa alıblar. Rusiyalı Yuliya Alipova 15 finalçının siyahısına düşə bilməyib.

22 yaşlı Paulina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var. "Kainat gözəli 2014” bildirib ki, bu, onun sonuncu gözəllik müsabiqəsidir çünki o, tezliklə dərslərinə qayıtmaq istəyir.

"Mənim arzum müasir qadını təmsil etməkdir. O qadın ki, təkcə gözəl deyil, həm də peşəkar, ağıllı, zəhmətsevər insan olmaq barədə düşünür”, - deyə, qız müsabiqədən sonra bildirib.

İştirak anketində Paulina Veqa etiraf edib ki, açıq gözlə yatır və rəqsi çox sevir.

Qeyd edək ki, "Kainat gözəli” müsabiqəsi 1951-ci ildən keçirilir. 1972-ci ildək müsabiqə yalnız ABŞ-da baş tuturdu. Lakin sonradan gözəllərin yarışmasının finalı üçün başqa dövlətləri seçməyə başladılar. 1996-cı ildən müsabiqəni keçirmək hüququ amerikalı milyarder Donald Trampa məxsusdur.//Oxu.az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb