İstanbulda terrorçular prokuroru girov götürdü - Fotolar

17:04 | 31.03.2015
İstanbulda terrorçular prokuroru girov götürdü - Fotolar

İstanbulda terrorçular prokuroru girov götürdü - Fotolar

Bu gün İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürüblər.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 12.36-da DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) adlı marksist-leninçi terror təşkilatının 2 üzvü prokuror M. S. Kirazın Çağlayan Ədliyyə Sarayının 6-cı mərtəbəsində yerləşən kabinetinə girib. Onların yaxşı qorunan binaya silahla necə daxil olduqları hələlik bəlli deyil. Terrorçular prokurorun başına silah tuşlayaraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, onu öldürəcəklərini bildiriblər. Tələblər aşağıdakılardır:

- Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri,
- Həmin polislərin "xalq məhkəməsi"ndə mühakimə olunması,
- Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası,
- Aksiyanı həyata keçirən terrorçuların Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması.

 Olayı əks etdirən fotolar terrorçular tərəfindən internetə yerləşdirilib.  Hadisədən sonra binanın giriş və çıxışları polis tərəfindən nəzarətə götürülüb. Xüsusi təyinatlılar əməliyyata hazırlaşır.

Qeyd edək ki, Berkin Əlvan Gəzi hadisələri zamanı İstanbulda polislərin atdığı qaz bombasının kapsulunun başına dəyməsi nəticəsində ağır yaralanıb və bir müddət sonra ölüb.

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb