Almaniyada etirazlar, polis maşınları yandırıldı

16:55 | 18.03.2015
Almaniyada etirazlar, polis maşınları yandırıldı

Almaniyada etirazlar, polis maşınları yandırıldı

Almaniyanın Frankfurt şəhərində bu gün açılışı olan Avropa Mərkəzi Bankının (AMB) yeni binası qarşısında etiraz aksiyaları keçirilib. Hadisələrin şiddətləndiyi şəraitdə polis maşınlarına od vurulub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının Frankfurtda 1,3 milyard avro xərcləyərək inşa etdiyi binanın açılışı etirazlarla qarşılanıb. AMB-nin "kəmər sıxma" siyasətini və yeni bank binasının inşasına külli miqdarda maliyyənin xərclənməsinə etiraz edən "Blockupy" hərəkəti bu gün səhər saatlarından etibarən küçələrə çıxıb. Hadisələrin qızışması nəticəsində polislə etirazçılar arasında həyəcanlı anlar yaşanıb, polis maşınlarına od vurulub, yaxınlıqdakı iaşə obyektlərinin pəncərələrı sındırılıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Sol yönümlü "Blockupy" hərəkatı Avropanın bir çox ölkəsindəki istisadi böhranın səbəbi kimi Avropa Mərkəzi Bankının apardığı siyasətin yanlış olduğunda görür. Frankfurtdakı aksiyaya 10 min adamın qatıldığı ehtimal olunur. Günortadan sonra da hərəkat üzvlərinin daha bir mitinq və ya yürüş təşkil edəcəyi gözlənilir.

ANN.Az

 












0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb