"Hansı vaksini vurduranlar COVID-19 daha yüngül keçirir?" - SORĞU

Azərbaycanda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün "CoronaVac”, "Pfizer-BioNTech”, "Vaxzevria” və "Sputnik V" vaksinləri tətbiq olunur.
Sehran Tağızadə: 2021-ci ilin yazında 2 doza "CoronaVac” vaksini vurdurmuşdum. İyulun 8-də qızdırmamın qalxdığını, daha sonra isə dadbilməmin itdiyini hiss etdim. Test elətdirdim, pozitiv çıxdı. Ailə üzvlərimdən uzaq qalmaq üçün xəstəxanada müalicə aldım. Həmçinin, həkimlər də 60 yaşlı, böyrəyində daş olan, özü də təzyiq xəstəsi olan birinin xəstəxanada müalicə almasının vacib olduğunu bildirdi. Sadaladığım xəstəliklərin olmasına baxmayaraq, virusu yüngül keçirdim. Bu səbəbdən də vaksin vurdurmağın tərəfdarıyam, 3-cü doza da "CoronaVac” vaksini vurduracam.
Tural Hüseyn: Avqustun 2-si birinci doza "CoronaVac” vaksini vurdurdum. 9 avqustda zəif öskürək, qızdırma, halsızlıq, boğazağrısı başladı, 38 dərəcə qızdırmam oldu. Həmin gün dərman atdım, qızdırmam düşdü. Növbəti günlərdə bütün simptomlar eyni cür davam etdi. Bildirim ki, test vermişdim, virusa yoluxduğum müəyyən olmuşdu. Artıq 3-cü gün qızdırmam 39.3-ə qədər qalxmışdı. Xəstələnməyimin dördüncü günü səhər qızdırma düşdü. Növbəti 1-2 gün 37-37.7 arası oldu. Sonra qızdırma heç olmadı. Yəni təxminən 4 gün qızdırmam oldu. Mənə elə gəlir ki, vaksin olunduğum üçün nisbətən yüngül keçirdim. Çünki qardaşımın 18 yaşı var, məndən daha sağlamdı, amma peyvənd vurdurmamışdı. Məndə başlayandan 2 gün sonra onda da simptomlar başladı. Və o, məndən qat-qat ağır keçirdi, yataqdan qalxa bilmirdi.
Afaq Aqil: Koronavirus əleyhinə "Pfizer” vaksini vurdurmuşdum. 25 avqustda özümdə COVID-19-un simptomlarını hiss etməyə başladım. Bir çox çətinliklərlə üzləşsəm də, nəhayət 27 avqustda test verdim. Verdiyim testin cavabı pozitiv çıxdı və cavab 30 avqustda göndərildi. Virusa yoluxduğum ilk 3 gündə qızdırmam düşmədi, mədə-qarın nahiyəmdə, başımda yüngül ağrılar var idi, amma halsızlıq yaranmadı. Bir çox COVID-19 xəstəsinin əziyyət çəkdiyi nəfəs darlığı da məndə olmadı. İş yoldaşım vaksin vurdurmamışdı, mənə nisbətən daha ağır keçirirdi. Düşünürəm ki, yüngül keçirdim, buna da səbəb vurdurduğum vaksin idi. Lakin digər vaksinlərin necə təsir etməsi barədə hər hansı məlumatım yoxdur.
Mükafat İsazadə: Mən allergiyam olduğu üçün "əks göstəriş setifikatı” almışam. Ona görə də virusu ağır keçirəcəyimi düşünürdüm. Amma çox yüngül keçirdim, heç adi qripi belə asan keçirmirdim. Yaxınlarım isə "CoronaVac” vaksini vurdurmuşdu. Buna rəğmən virusa yoluxanda çox ağır keçirdilər. 2-ci dozanı vurdurandan 2 həftə sonra bibim yoluxdu və çox ağır keçirdi, nəfəs aparatına qoşulmalı oldu. Anam da həmçinin çox narahatçılıq keçirdi.
Əzizə Məmmədova: 45 yaşım var, "Sputnik V” vaksini vurdurmuşdum, amma COVID-19-a yoluxdum və bunu çox ağır keçirdim. Ümumiyyətlə, vaksinə də, peyvəndə də inanmıram. Tutaq ki, vaksin virusla mübarizəni yüngülləşdirir. Bəs niyə mən nəfəs aparatına qoşuldum?! Yox əgər tək təsirli "pfizer” vaksinidirsə, onda ancaq o vaksin növündən vurulsun. Boş-boş vaksinlərlə başımızı aldatmasınlar.
Elmar Hüseynov: İyulun 26-da birinci doza "CoronaVac” vaksini vurdurmuşdum. İyulun 30-da özümdə virusun simptomlarını hiss etməyə başlamışdım. Əvvəlcə qızdırmam var idi, halsızlıq hiss edirdim. Avqustun 3-4-5-də isə iyi bilməm, dadbilməm itdi. Avqustun 5-də test verdim, nəticə pozitiv çıxdı. Məndən sonra ailə üzvlərim də virusa yoluxdu. Babam virusdan rəhmətə getdi, hansı ki, hələ vaksinasiya yeni başlayanda 1 doza "CoronaVac” vaksini olunmuşdu. Sadəcə xəstə olduğu üçün 2-ci doza olunmağa atam icazə verməmişdi. Anam da eyni vaksindən olunmuşdu və xəstəliyi ağır keçirdi. Nəfəs darlığı olmasa belə, ağrıları var idi, yataqdan qalxa bilmirdi. Eyni vaksindən olunan atamda da yüngül ağrılar, öskürək var idi. Qardaşım yaşına görə vaksin olunmasa da çox yüngül keçirdi. Düşünürəm ki, vaksin olunmasaq bəlkə də daha ağır keçirə bilərdik. Yenə də dəqiq məlumat verə bilmərəm.
Sevinc Məmmədova: "Pfizer” vaksini vurdurmuşdum. COVID-19-u çox yüngül keçirdim, hətta test verməsəm pozitiv olduğunu bilməzdim. Əsas məsələ odur ki, mənim ciyərimdə narahatlıq var idi, ciddi nəsə olacağından qorxurdum, amma yaxşı keçdi.
Əli Əliyev: Martda "CoronaVac” vaksini vurdurmuşdum. Apreldə virusa yoluxdum. Yüngül keçirdim. Düşünürəm ki, vaksin olunmaq hazırki dövrdə vacibdir.
Leyla Abbas: 3 həftə əvvəl 2-ci doza "Pfizer” vaksini vurdurmuşdum. Bu yaxınlarda koronavirusa yoluxdum, ilk günlərdə halsızlıq yaransa da, sonradan özümü yaxşı hiss edirdim. Amma bacım "CoronaVac” vaksini vurdurmuşdu. Vəziyyəti heç də ürəkaçan deyil.
İsmayıl Ağazadə: 2 doza "CoronaVac” vaksini vurdurdum , 2-ci dozadan 20 gün sonra virusa yoluxdum. Hərarətim yox idi, 1 həftə ərzində dad və iybilməm getdi. 25 günə də tam sağaldım. Düşünürəm ki, həm idmanla məşğul olduğum, həm də vaksin olunduğum üçün virusu yüngül keçirmiş ola bilərəm.

İngiltərə İctimai Səhiyyə İdarəsinin sonuncu araşdırmasına görə, "Pfizer" peyvəndinin iki dozası ağır hallarla xəstəxanaya yerləşdirilmə ehtimalını 96 faiz azaldır, "Vaxzevria" vaksinində bu rəqəm 92 faizdir. "Sputnik V" vaksinini hazırlayan Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinə əsasən, delta virusuna qarşı vaksinin iki dozasının tətbiqindən sonra bu peyvəndin effektivliyi 90 faiz təşkil edir. Çinin Guangzhou şəhərindəki Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları CoronaVac (Sinovac) peyvəndinin iki dozasının xəstəliyin ağır hallarına qarşı 100 faiz effektiv ola biləcəyini göstərir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili istifadə üçün yeddi vaksin təsdiq edib. Onların arasında CoronaVac, Pfizer və AstraZeneca da var. Avropa İttifaqının dərmanlara nəzarət qurumu olan Avropa Dərman Agentliyi (EMA) ÜST-dən fərqli olaraq, cəmi dörd vaksini tanıyır. Bunlar Comirnaty (BioNTech/Pfizer), Vaxzevria (AstraZeneca),Spikevax (Moderna) və Janssen (Johnson & Johnson) vaksinləridir. Sputnik V də daxil olmaqla, daha beş vaksin istifadə üçün nəzərdən keçirilir.
ÜST bildirir ki, müvafiq tədqiqatların təşkilinə yanaşmalardakı fərqlərə görə, peyvəndlər bir-biri ilə birbaşa müqayisə oluna bilməz, lakin fövqəladə vəziyyətdə istifadə üçün təsdiq edilmiş bütün peyvəndlər xəstəliyin ağır formalarına qarşı olduqca təsirlidir.

Yaşından, kimliyindən, irqindən, cinsindən və sağlamlıq vəziyyətdən asılı olmayaraq 100 adamdan 9-na vaksin heç bir təsir göstərmir, bunu anews.az-a açıqlamasında həkim Müşfiq Hüseynov bildirib.
Onun sözlərinə görə, vaksinin vurulma səbəbi xəstəliyin yüngül keçirilməsini təmin etməkdir.
"Peyvənd olunan kəslərin COVID-19-a yoluxma hallarının müşahidə olunması normaldır. Bunun başlıca səbəbi, COVID-19 üçün düşünülmüş bu vaksinlər delta ştammına qarşı effektiv deyil. Hətta ən güclü təsirə malik "pfizer" vaksini də sözügedən ştamma qarşı dayanıqlı deyil. Sadəcə müəyyən qədər yüngül keçməsinə şərait yaradır. "CoronaVac" vaksini isə, ümumiyyətlə, heç bir təsir göstərmir", - deyə Müşfiq Hüseynov bildirib.
Həkim bildirib ki, vaksinin təsiri fərdi xarakter daşıyır.
"Yaxşı qidalanması, düzgün yuxu rejimi, normal ev şəraiti və qazancı olan şəxslər, eləcə də immuniteti güclü olanlar virusu ayaqüstü yaxud da ən yüngül formada keçirə biləcək. Vaksinlər vurulduqdan sonra müəyyən təsirləri də olmalıdır. Məsələn, mən"CoronaVac" vaksini vurdurmuşdum. Bu vaksinin heç bir əks təsiri olmadı. Sanki heç vurdurmamışam. Düşünürəm ki, buna səbəb həmin vaksinin ölü virus hüceyrəsi olması ilə bağlıdır. Lakin "Pfizer" vaksinini vurduranlarda 1 neçə gün əks təsirlər özünü biruzə verir. Bu təsirlərə inyeksiya yerindəki ağrı, qızdırma, üşütmə, halsızlıq, ishal, habelə baş və əzələ ağrısı kimi yan fəsadlar daxildir. Bunun da səbəbi həmin vaksin vurularkən bədənə canlı virusun yeridilməsidir",-deyə həkim əlavə edib.
COVID-19 peyvəndləri necə immunitet təmin edir?
Çinin "Sinovac" şirkətinin istehsalı "CoronaVac" vaksini - "CoronaVac" vaksini inaktiv peyvənddir. Bu, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən ibarətdir. Vaksinin Türkiyədə aparılan üçüncü sınaqlarına əsasən effektivliyi 91,25 faiz civarındadır. Hesab olunur ki, bütöv virusdan (virion) istifadə olunduğu üçün belə peyvəndlər koronavirusun bütün növlərinə qarşı daha təsirli ola bilər, ancaq bunu təsdiqləyən araşdırmalara ehtiyac var.
"AstraZeneca" şirkətinin vaksini "Vaxzevria"- Bu vaksin "Vaccitech" şirkəti ilə birlikdə Oxford Universiteti tərəfindən hazırlanıb. Oxford peyvəndi genetik cəhətdən dəyişdirilmiş ümumi soyuqdəymə virusdur. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə çatacağını düşünür.Tədqiqatçılara görə, bu peyvəndin bir standart dozasından sonra müəyyən oluna bilən virusa yoluxma hallarının sayı 67 faiz azalıb və bu, "virusun transmissiyasının əhəmiyyətli dərəcədə azalma potensialını" göstərır.
"Sputnik V" vaksini - Elmi adı Qam-COVİD-VAC vaksinidir. Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleyi adına Milli Epidiomologiya və Mikrobiologiya Mərkəzi hazırlanmış COVID-19-a qarşı iki komponentli vektor peyvəndi. Peyvəndin tərkibidə koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini — S-in zülalları vardır, onlarda imunitet yaradır. Çoxalma xüsusiyyətindən məhrum edilən adenovirusa koronavirus zülalını kodlayan gen daxil edilir. Onun sayəsində immunitet sistemi təhlükəli infeksiyanı tanımağı və ona qarşı müdafiə üçün anticismləri istehsal etməyi öyrənir.
"Pfizer" vaksini- Bu vaksin BioNTech və Pfizer şirkətləri ilə əməkdaşlıq sayəsində hazırlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi tənzimləyici orqanlar olaraq təyin olunan qurumlardan təcili istifadə təsdiqini və müntəzəm istifadə təsdiqini alan ilk COVID-19 peyvəndidir. mRNT (məlumat Ribonuklein Turşusu) üsulu ilə hazırlanır. Burada virus və ya onun hissəsi əvəzinə xüsusi zülalların əmələ gəlməsi üçün proqramı ehtiva edən genetik strukturun bir hissəsindən istifadə olunur. Yəni belə peyvəndlər hüceyrələrə DNT və ya mRNA şəklində "təlimatlar" verir ki, immun sistemini işləməyə təhrik etsin. Sadə sözlə desək, canlı hüceyrənin bədənə ötürülməsidir. Bu, ən müasir texnologiyadır və mutasiya edən viruslara qarşı yeni vaksinin daha qısa müddətdə hazırlanmasına imkan verir. Həmin vaksinin hazırlanma texnologiyası mürəkkəb olmaqla yanaşı, saxlanma texnologiyası da çətindir. Vaksin mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır.Bu yaxınlarda İsrail Səhiyyə Nazirliyi ölkədəki bir milyon insanın sağlamlıq qeydlərini nəzərdən keçirərək aşkar edib ki, hər iki doza "pfizer" olunduqdan bir həftə sonra - 715425 nəfərdən yalnız 317-də koronavirus testi pozitiv çıxıb.

Azərbaycanda 2020-ci ilin yanvarın 18-də COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Azərbaycan bu kampaniyaya Çindən sifariş etdiyi 4 milyon doza "CoronoVac" vaksini ilə başlayıb. Dah sonra Azərbaycana Rusiyanın Sputnik V peyvəndinin ilk partiyası olaraq 40 min doza Sputnik V vaksini çatdırılıb. Aprelin 4-də COVAX platforması xətti ilə Bakıya COVID-19 virusuna qarşı 84 min doza AstraZeneca peyvəndi gətirilib. İyunun 7-dən isə Azərbaycanda "Pfizer" vaksininin tətbiqinə start verilib."AstraZeneca” peyvəndindən başqa digər 3 peyvənd Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə tətbiq edilir. Yalnız "AstraZeneca” peyvəndinin 60 yaşdan yuxarı şəxslərə vurulmasına icazə verilir.
Azərbaycanda 2021-ci il sentyabrın 8-ə vurulan vaksinlərin ümumi sayı 7 371 1482 nəfər təşkil edir. Onlardan 4 418 214 bir doza, 2 952 968 nəfər isə iki doza vaksin vurub. Cəmi ölkə əhalisinin 8 milyon nəfəri vaksin vurdurmaq yaşına uyğun gəlir.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralda qeydə alınıb. Hazırda ölkədə aktiv xəstə sayı 50 754 nəfərdir. Vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.
Hazırladı: Ləman Qasımova
www.anews.az