• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Səfərli jurnalistlərin külli miqdarda pulunu mənimsəyib

Vüqar Səfərli jurnalistlərin külli miqdarda pulunu mənimsəyib
09.09.2021 10:41
KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb.
 
Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib.

Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin mükafatlandırma mərasimləri ilə bağlı təşkil olunan ziyafətlər üçün ayrılan vəsaitlərin bir hissəsini restoranlardan geri alıb.

O, "Altun” restoranının inzibatçısı Şahin İbrahimov, direktor müavini Təmkin Xəlilov, "Xəmsə” restoranının icarədarları Valeh Orucov və Bəxtiyar Fətullayevlə əvvəlcədən anlaşaraq, tədbirlərdə iştirakçıların sayını 350-400 nəfər kimi göstərib. Lakin faktiki olaraq, qonaqların sayı 250-ni keçməyib. İştirakçıların sayı ilə yanaşı, yemək norması da şişirdilmiş formada göstərilib.

Tədbirlər üçün Fondun büdcəsindən ayrılan pullar sözügedən restoranların bank hesablarına köçürülüb. Daha sonra isə restoran rəhbərliyi həmin pulu nəğdləşdirərək, əvvəlcədən danışılmış hissəni Vüqar Səfərliyə geri qaytarıblar.

Vüqar Səfərli faktla bağlı istintaqa ifadəsində bildirib ki, tədbirlər üçün ayrılan vəsaitlər tam olaraq obyekt sahiblərinə ödənilib. O, ziyafətlərdə iştirak edən qonaqların sayının az olmasını isə çağırılan şəxslərin hamısının tədbirə gəlməməsi ilə əlaqələndirib.

Şahin İbrahimov istintaqa ifadəsində bildirib ki, ziyafətlərdə bir nəfər üçün 55-60 manat pul alınırdı. Restoran yalnız yeməklə təmin olunmanı təşkil etsə də, V.Səfərli protokolda dəvətnamə hazırlanması, video çəkiliş, musiqiçilərin dəvət olunması, banerlərin yerləşdirilməsi, tədbir zamanı keçirilən oyunlarda qaliblərə hədiyyələr təqdim olunması və s. kimi əlavə xərcləri də restoranın adına yazdırıb. Sabiq direktor hər tədbir üçün KİVDF-dən restoranın hesabına köçürülən 50 min manatın 25 minini geri alıb.

Bu yolla Vüqar Səfərli ümumilikdə 9 tədbir üzrə KİVDF-ə məxsus 104 444 manat məbləğdə vəsaiti mənimsəyib.

Dəymiş ziyanla bağlı Şahin İbrahimov və Təmkin Xəlilov Baş Prokurorluğun depozitinə 50 min manat ödəyiblər.(Kriminalqafqaz)



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol