• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ölüm halları artıb - RƏSMİ AÇIQLAMA

Azərbaycanda ölüm halları artıb - RƏSMİ AÇIQLAMA
09.09.2021 10:56
2021-ci ilin ilk 6 ayında Azərbaycanda 37 047 ölüm halı qeydə alınıb.

Bunu Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib.
 
Şöbə müdirinin sözlərinə görə, ötən illə müqayisədə bu ilin I yarısında 6031 ölüm halı çoxdur:
 
"Belə ki, 2020-ci ilin I yarısında Azərbaycanda 31 016 nəfər dünyasını dəyişib. 2019-cu ilin I yarısında isə ölənlərin sayı 28745 nəfər təşkil edib”.

Əvvəlki iki ilin müqayisəsi göstərir ki, pandemiya elan olunandan ölkəmizdə 6 ayda 8302 nəfər daha çox ölüb.

Son 5 ildə isə ümumilikdə Azərbaycanda 357 267 nəfər vəfat edib. Belə ki, 2015-ci ildə 54697 nəfər, 2016-cı ildə 56648 nəfər, 2017-ci ildə 57109 nəfər, 2018-ci ildə 57250 nəfər, 2019-cu ildə ölkədə ümumilikdə 55916, 2020-ci ildə isə 75647 nəfər dünyasını dəyişib.
 
COVID-19 infeksiyasının ilk qeydə alındığı 28 fevral 2020-ci ildən 1 yanvar 2021-ci il tarixinə qədər Azərbaycanda koronavirusdan ölənlərin sayı 2670 nəfər olub. 1 yanvar 2021-ci ildən 9 sentyabr 2021-ci ilə qədər isə bu virusdan dünyasını dəyişənlər 3289 nəfərdir. Ümumilikdə COVID-19 qurbanlarının sayı 5959 nəfərdir.

Əvvəlki illər ərzində azərbaycan vətəndaşları əsasən, infeksion və parazitar xəstəliklərdən, yenitörəmələrdən (şiş xəstəliklərindən), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan, endokrin sisteminin xəstəliklərindən, qidalanma və maddələr mübadiləsi pozuntularından, qan-damar, sinir sistemi və tənəffüs orqanlarının xəstəliklərindən dünyasını dəyişib. (modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol