Qazilər Türkiyəyə göndərildi

Ağır yaralanan İkinci Qarabağ Müharibəsi qaziləri "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Türkiyəyə göndərilən qazilər aşağıdakılardır:
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu
4. Səmədov Ceyhun Eldar oğlu
5. Əzizli Səddam Nazim oğlu
"YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

www.anews.az
























