• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Sumqayıtda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı və Sumqayıtda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA
09.09.2021 11:31
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü ilə bağlı açıqlama yayıb.

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir.

Onun sözlərinə görə, həmin kəpənəklərə həm də "çayır odlucası” deyilir: "Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər yetirir. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır”.

Gülzar Mustafayeva qeyd edib ki, hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vuran bu kəpənəklərlə kimyəvi mübarizə aparmağın vaxtıdır:
 
"Bunun üçün müxtəlif insektisidlərdən istifadə olunur. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür. Bu il, həmçinin Abşeronda bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü olub".
AMEA rəsmisi bildirib ki, bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq: "Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi, yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir", deyə AMEA rəsmisi bildirib. (report)





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol