Peyvənd pasportu olmayan vətəndaş xəstəxanaya buraxılmadı

Bakı sakini Nəcibə Dadaşova həkim qəbuluna yazılsa da, onu COVID-19 pasportu olmadığı üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına buraxmayıblar. Sözügedən xəstəxanadan isə bildirilib ki, yalnız xəstənin yanında gələn şəxslərdən peyvənd pasportu istənilir.
"Sentyabrın 6-da əvvəlcədən zəng edib həkim qəbuluna yazılsam da, məni Respublika Neyrocərrahiyyə Xəstəxanasına buraxmadılar. Səbəb kimi isə xəstəxanaya girişin yalnız COVID-19 pasportu ilə olmasını göstərdilər”.
"Qafqazinfo” şikayətlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, yalnız xəstənin yanında gələn şəxslərdən peyvənd pasportu istənilir: "Xəstəxanaya müalicə və müayinə məqsədilə gələn şəxslərin tibb müəssisəsinə daxil olmasında heç bir maneə yoxdur. Xəstəxananın girişində pasportların yoxlanılması isə xəstəni müşayiət edən vətəndaşların COVID pasportunun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Məhz xəstənin yanında gələn vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, COVİD pasportu olmayan şəxslərin pandemiya qaydalarına uyğun olaraq xəstəxanaya buraxılması məqsədəuyğun hesab edilmir”.
www.anews.az
























