Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.
Məlumatı "Aysor” xəbər portalı yayıb.
O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
www.anews.az
























