Bu nazirlikdə qanun pozuntusu AŞKARLANIB

Hesablama Palatası 2018-2020-ci illərdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə ayrılmış vəsaitlərin auditini aparıb.
Yoxlama nəticəsində məlum olub ki, səhmdar cəmiyyətinin maliyyə fəaliyyəti (funksional fəaliyyət üzrə əvəzsiz əsaslarla dövlət büdcəsindən alınan vəsaitlərin xərclənməsi) prosesində dövlət sifarişləri rəsmiləşdirilmədən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişləri olmadan və yaxud onların icazəsi alınmadan yaşıllıqların salınması və yaşıllıqlara xidmət göstərilməsi hallarına yol verilib, sərəncamında olan dövlət əmlakından səmərəli istifadə olunmaması hallarına da rast gəlinib.
İstirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi Nizamnamədə fəaliyyət istiqaməti kimi müəyyənləşdirilsə də, auditlə əhatə olunan dövrdə cəmiyyətin bu istiqamətdə fəaliyyəti olmayıb.
ASC-nin tabeliyində dövlət qeydiyyatı ayrıca olmaqla fəaliyyət göstərən 13 hüquqi şəxsin (aktivləri nəqliyyat vasitələrindən ibarət olmaqla ləğvetmə prosesində olan İxtisaslaşmış kompleks mexanizasiya idarəsi istisna olmaqla) aktiv və passivləri 2020-ci ildən etibarən ayrı-ayrılıqda deyil, ASC-nin maliyyə hesabatlarında nəzərə alınıb, həmin hüquqi şəxslərin ləğvi çərçivəsində vergi orqanlarının səlahiyyətlərinə aid edilən vergi ödəyicisi kimi eyniləşdirmə nömrələrinin ləğv olunması prosesi isə auditin keçrildiyi dövrün sonunadək tam başa çatdırılmayıb.
www.anews.az
























