• $
  • €
  • ₽
  • ₺
  • £

10 restoran cərimələndi - SİYAHI

10 restoran cərimələndi - SİYAHI
09.09.2021 16:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
 
AQTA-dan  verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 8-də ölkə üzrə 404 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
 
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174m ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus "Kolorit” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Binəqədi şosesi, ev 54 ünvanında yerləşən, fiziki şəxs Əliyev Aydın Həbib oğluna məxsus "Çeşməli” restoranı;
3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən, hüquqi "Beat Restaurants" MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, fiziki şəxs Cəfərov Teymur Cəfər oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus restoran;
6. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Mahmud Kazımovski küç., ev 136 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camal Kamil oğluna məxsus "Qaxac” kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küç., ev 218 ünvanında yerləşən, fiziki şəxs Suleymanov Anar Nurəddin oğluna məxsus restoran;
8. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi 6 ünvanında yerləşən, hüquqi şəxs "United Coffee Beans" MMC-yə məxsus restoran;
9. Sumqayıt şəhəri, Bulvar küçəsi 71 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Teymur Şükür oğluna məxsus "Vanilla waffle" kafesi;
10. Salyan rayonu, Marışlı kəndində yerləşən, fiziki şəxs Cahangirov Anar İsa oğluna məxsus yemekxana.
 
AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol