• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir əmək pensiyaları ilə bağlı qərarı təsdiqlədi

Baş nazir əmək pensiyaları ilə bağlı qərarı təsdiqlədi
03.03.2022 20:30
Nazirlər Kabinetinin "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol”un forması təsdiq edilib. İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında Elektron Protokol tərtib edildikdə, inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Barəsində inzibati xəta haqqında Elektron Protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi inzibati cəriməni həmin Protokol ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin Protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında Elektron Qərar hesab edilir. Qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin Protokol baxılması üçün 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndəriləcək.

Bundan əlavə, "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq edilib.


Bununla da İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs Qərarla razılaşmadığı hallarda həmin Qərar ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət "ASAN ödəniş” sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol