• $
  • €
  • ₽
  • ₺
  • £

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib
03.03.2022 22:30
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Mələk Dəmirtaş bildirib ki, 2019-cu ilin aprel ayında lombarda qızıllarını qoyaraq 4 min manat pul götürüb:

"Aylıq faiz isə 240 manat təşkil edirdi. Lombardın qarşısına gələndə isə bağlı olduğunu gördüm. Orada dayanan bir neçə şəxsdən obyektin bağlı olması səbəbini soruşdum. Dedilər ki, Maqsud qızılları və pulları götürüb ölkədən qaçıb. Mən də dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdim. İndiyə qədər qızıllarımı ala bilməmişəm. Bu gün mən 4 min manatı qaytarmağa hazıram, bəs qızıllarımı kim verəcək?".

Daha sonra zərərçəkmiş Aysun Səmədova ifadə verib. O da 2018-ci ildə qızıllarını Yasamalda yerləşən lombarda qoyduğunu söyləyib: "Qızıllarımı qoyub 5 min manat pul götürmüşdüm. Həmin pulları da geri ödədim, lakin qızıllarını geri ala bilmədim. Maqsudun qızılları götürüb qaçdığını bildirdilər. Mən də dərhal polisə şikayət etdim və 2020-ci ildə qızıllarımı Mədinədən aldım".

Zərərçəkmiş qismində dindirilən Mələkxanım Rəhimova bildirib ki, 2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib.

Növbəti proses martın 7-nə təyin olunub.

Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol