Naxçıvan DYPİ-yə yeni rəis təyin edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
APA-nın məlumatına görə, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.
Ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.
www.anews.az
























