Dünyanın ən varlı adamı 4 milyard dollar itirdi

17:30 | 02.03.2016
Dünyanın ən varlı adamı 4 milyard dollar itirdi

Dünyanın ən varlı adamı 4 milyard dollar itirdi

Dünyanın ən varlı adamları seçilib. "Microsoft” şirkətinin gəliri bu il 4 milyard dollar azalsa da Bill Qeyts ötən il olduğu kimi yenidən "dünyanın ən varlı adamı" adına layiq görülüb.

 ANS PRESS-in məlumatına görə, "Forbes” jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.

İkinci yerdə "Оrteqo Inditex” şirkətinin rəhbəri Amansio Orteqa (64,5 milyard dollar), 3-cü yerdə isə "Berkshire Hathaway” şirkətinin başçısı 85 yaşlı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar. 

Karlos Slim bu il 27 milyard dollar ziyana düşərək kasıblaşıb. Cozef Besos isə bu il 10,4 milyard qazanıb. İlk onluqda "Facebook”un təsisçisi Mark Zukerberq 10 pillə irəliyib. O, 44,6 milyard dollarla adını siyahıya saldıra bilib. "Oracle" şirkətinin təsisçisi Larri Ellison, "Bloomberg” agentliyinin sahibi Maykl Blumberqin də adı siyahıda yer alıb.

Bill Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və  milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub. 

Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirilib. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilib. Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilməyib, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb