• $
  • €
  • ₽
  • ₺
  • £

“İranın bu layihəyə qoşulması ilə bağlı hər hansı təklif irəli sürülməyib"

“İranın bu layihəyə qoşulması ilə bağlı hər hansı təklif irəli sürülməyib"
18.08.2015 18:43
"Layihə hər zaman özünə strateji dəyər qazandıracaq bütün şirkətlərə açıq olub"

"İranın Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP)  layihəsinə qoşulması ilə bağlı hər hansı bir müzakirə olmayıb və İrana bununla bağlı təklif irəli sürülməyib".
 
"APA-Economics”in Türkiyənin "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu TAP-ın baş direktoru Ian Brodşou deyib. O bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan bu layihə Avropa bazarı üçün strateji əhəmiyyət daşıyır. TAP-ın baş direktoru layihənin bölgəyə yeni təbii qaz ehtiyatları təqdim etdiyini və beləliklə, enerji təhlükəsizliyin artırdığını bildirib.
 
"Layihə ilkin mərhələdə "Şahdəniz-2” sahəsindən ildə 10 milyard kubmetr təbii qazı Avropa nəql edəcək, lakin layihənin tutumunun 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Buna görə də, əlavə kompressor modulları və stansiyalar tikiləcək. Bundan başqa, layihənin əks istiqamətdə qaz nəqli imkanı da olacaq. Beləliklə də, təcili ehtiyac və tələbin həddindən çox artması zamanlarında bu imkanlar dəyərləndiriləcək. Xüsusilə də, Cənub-Şərqi Avropa bölgəsində Cənub Qaz Dəhlizi və TAP-dan ən çox yararlanacaq ölkələr yerləşir”, - deyə İ. Brodşou vurğulayıb.
 
Layihənin İtaliyada başa çatacağını, birləşdirici boru xətlərinin İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə qaz nəqlində bir çox fürsət təklif etdiyini vurğulayan İ. Brodşou "Şahdəniz-2” təbii qazının Bolqarıstan və Yunanıstanın ehtiyaclarının ödənilməsində böyük rol oynayacağını əlavə edib. O, İran qazının TAP vasitəsilə Avropaya nəql olunması məsələsinə də toxunub:
 
"TAP yalnız Azərbaycana məxsus qazın Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql olunmasını özündə ehtiva edir. TAP olaraq bölgədəki digər təbii qaz boru xətti layihələri ilə rəqabət mühitində deyilik. İran ilə hər hansı bir əlaqəmiz olmayıb və ya bizim tərəfimizdən İrana layihəyə qoşulmaları ilə bağlı təklif irəli sürülməyib. TAP AB qanunvericiliyi və əlaqədar sanksiyalar çərçivəsində hərəkət etməkdədir. Bu çərçivədə layihə hər zaman özünə strateji dəyər qazandıracaq bütün şirkətlərə açıq olub”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol