• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank of Baku" məsuliyyətli kreditləşmə siyasətini açıqladı

"Bank of Baku" məsuliyyətli kreditləşmə siyasətini açıqladı
13.10.2015 12:24
İstehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında” Metodoloji Rəhbərlik hazırlanmışdır. 

Bu Metodoloji Rəhbərliyə əsaslanaraq "Bank of Baku” ASC məsuliyyətli kreditləşmə layihəsi çərçivəsində öz Məsuliyyətli Kreditləşmə Siyasətini hazırlayıb geniş auditoriyaya təqdim etdi.

Bank of Baku”-nun təqdim etdiyi siyasət istehlak kreditlərinin verilməsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir. Belə ki, bu siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması, həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bankın təqdim etdiyi reklam daşıyıcılarında istifadə edilən "Kredit Sizi Şah da edə bilər Mat da!” şüarı isə məhz bu siyasət çərçivəsində müştərilərə ödəyə biləcəkləri qədər kreditlərin götürülməsini tövsiyə edir.

Bankın Məsuliyyətli Kreditləşmə Siyasəti ilə bu linkdən tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/mesuliyyetli-kreditlesme/

Bank of Baku-nun məhsul və xidmətləri haqqında daha ətralı məlumatı 145 Məlumat mərkəzindən və bankın rəsmi veb səhifələrindən www.bankofbaku.com və www.facebook.com/bankofbaku əldə etmək mümkündür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol