• $
  • €
  • ₽
  • ₺
  • £

“Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb”

“Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb”
29.08.2016 10:37
Azərbaycanın sübut olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr, neft ehtiyatı isə 2 mlrd. ton təşkil edir ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
 
"APA-Economics”in məlumatına görə, bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda gündə 82-88 mln. kubmetr qaz və 115-120 min ton  neft  hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan,  eləcə də xarici şirkətlərlə birgə işlənən "Şahdəniz”, "Azəri-Çıraq-Günəşli” , "Ümid” və digər yataqlardan alınır.
 
"Dünya bazarlarında neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və  "Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir. Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir.  Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi Transanadolu Qaz Boru Kəməri (TANAP)  və Transadriatik  Qaz Boru Kəmərinin(TAP)  həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. "Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla,  bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. "Cənub Qaz Dəhlizi” layihəsi nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi faktorudur”, - deyə nazir müavini vurğulayıb.
 
N.Abbasov qeyd edib ki, Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan Cənub Qaz Dəhlizi də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb: "Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək 1850 kilometrlik  uzunluğunda olan Transanadolu Qaz Boru Kəməri regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik Dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq Transadriatik  Qaz Boru Kəmərinin tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq. Bu kəmər Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bundan başqa, tikintisi planlaşdırılan İonik-Adriatik boru ilə Azərbaycan qazının Bolqarıstan, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılmasına imkan yaradacaq”.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol