• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim etdi

Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim etdi
18.04.2017 11:40
Unibank Azərbaycan bank xidmətlərində bir ilkə imza atıb. Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu isə o deməkdir ki, Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. Bu xidmət bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibankdakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.

Unibank Mobile BUSİNESS fərdi sahibkarlara hansı imkanları yaradacaq?

* Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;

* Kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq;

* Kart və hesab üzrə çıxarışın əldə edilməsi;

* Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;

* Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi;

* Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;

* Valyuta kurslarından xəbərdar olmaq;

* Günün istənilən vaxtı banka məktub yazmaq.

Yaxın günlərdə Unibank Mobile BUSİNESS daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.

Unibank Mobile BUSİNESS –lə istənilən yerdə işinizin başında olun!

Unibank Mobile BUSİNESS  İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdən onelink.to/um-business yükləyə bilərsiniz.

Fərdi sahikarlar Unibank Mobile BUSİNESS mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibankın filiallarında qoşula biləcəklər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –Bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol