• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq!

Unibankdan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq!
31.07.2018 12:42
Unibank biznesə yeni başlayan hüquqi şəxslər üçün kampaniya keçirir.
 
Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər avqust ayı ərzində Unibankda hesab açdıqları zaman, əksər bank xidmətlərindən pulsuz istifadə edə biləcəklər. "Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, məqsəd yeni biznesə başlayan iş adamlarına dəstək olmaqdır: "Yeni biznesə başlayanda adətən qazanc çox olmur. Buna görə qərara gəldik ki, bank olaraq iş adamlarımıza daha bir dəstək göstərək, iyulun 1-dən avqustun 31-dək yeni VÖEN alıb biznesə başlayan hüqüqi şəxslər üçün hesablaşma - kassa xidməti əməliyyatlarını pulsuz edək. Avqust ayı ərzində Unibankda hesab açan yeni biznesə sahibi hüquqi şəxslər 2 ay ərzində konvertasiya, pul köçürməsi, valyuta köçürmələri komissiya xərclərindən azaddırlar. Filiallarda cari hesabdan pulun çıxarılması (1% vergi tutulması istisna) da komissiyasız olacaq. Kampaniya çərçivəsində hüquqi şəxslər üçün korporativ kartın xidmət haqqı da 1 il pulsuzdur. İnanırıq ki, bu kampaniya yeni biznes quran sahibkarlarımız üçün çox faydalı olacaq”.

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

* Sərfəli tariflər;

* Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

* Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

* Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

* Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

* Sənəd dövriyyəsinin minimuma endirilməsi;

* Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

* Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol