• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank sahibkar xanımların inkişaf etməsi üçün yeni layihə təqdim edib

Kapital Bank sahibkar xanımların inkişaf etməsi üçün yeni layihə təqdim edib
09.03.2021 15:42
Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yeni "Women of Azerbaijan” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli məsləhətləri ilə bölüşüblər. 


Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Statistik göstəricilərə əsasən Azərbaycanda olan sahibkarların ümumi sayının yalnız 2%-ni xanımlar təşkil edir.


Məhz bu rəqəmin artmasına töhfə verən, həmçinin qadınların öz biznesinin qurmasına stimul yaradan Kapital Bank "Women of Azerbaijan” layihəsi çərçivəsində ölkənin tanınmış sahibkar xanımlarının müsahibələrindən ibarət platforma hazırlayıb və sosial şəbəkələrdə yerləşdirilib – https://www.instagram.com/womenofazerbaijan/. Layihə barədə #365daysofwomen həştəqi vasitəsilə də məlumat almaq mümkündür. Platforma hamıya açıqdır və təcrübəsini bölüşmək istəyən xanımlar daxil olub, dəyərli məsləhətlərini verə bilərlər. 


Layihə çərçivəsində Kapital Bank xanım sahibkarlara və şirkət rəhbərlərinə yeni "Zərif” tarif paketini təqdim edib. Tarif paketinə qoşulmaq istəyən xanım sahibkarlar sayta daxil olub, onlayn formada müraciət edə bilərlər – https://kapitalbank.az/corporate-banking/packages-zarif.


Paket daxilində cari hesabın açılması, 3 illik sahibkar, biznes və ya əmək haqqı kartları, POS terminal üçün aylıq xidmət haqqı, nağd pul vəsaitlərinin istənilən filialdan cari hesaba mədaxil edilməsi, nağd pul vəsaitlərin məxarici, milli valyutada köçürmələr, xarici valyutada bankdaxili köçürmələr, əmək haqqı kartlarına mədaxillər və nağdsız valyuta mübadiləsi tam olaraq pulsuz, ölkə xaricinə köçürmələr isə endirimli tariflərlə təqdim olunur. 30 aprel 2021-ci il tarixinədək paketi əldə edən xanımlara, həmçinin 3 illik Visa Business Gold kartı hədiyyə olunur.


Müştəri Bank sisteminə qoşulmaq və "Zərif” tarif paketini sifariş etmək üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol