• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan etdi
08.09.2021 11:56
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir.

Layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, "UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danışıqlar və s.) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.

Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in "Whelp” startapı ilə birgə təsis etdiyi "Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.
Bununla yanaşı, layihədə "Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və "İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.

Təqaüd proqramında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Bunun üçün linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır.
Məlumat üçün bildirək ki, proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol