• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Şor gölündən altızolaqlı yol salınacaq

Böyük Şor gölündən altızolaqlı yol salınacaq
04.04.2014 15:48
Böyük Şor gölü üzərindən altızolaqlı avtomobil magistralının tikintisi 2015-ci il fevralın sonlarında başa çatacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Abşeron göllərinin bərpası layihəsinin podratçısı "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.Z.İbrahimov deyib: "Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə gölün Olimpiya stadionunun tikildiyi yerin yaxınlığında yerləşən təxminən 300 hektar ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün tarixən neftlə çirklənmiş şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması və təcrid edilməsi nəzərdə tutulub".Altızolaqlı magistral şose şəklində layihələndirilmiş ərazinin qərb sərhədlərini müəyyən edən bənd bir tərəfdən Ziya Bünyadov prospekti ilə, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək. Bu, öz növbəsində şəhərin yol infrastrukturunun yükünü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək. Gölə yağış sularının axıdılmasının qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına göndəriləcək. Gölün çirklənmiş lildən təmizlənməsi və ya onun zərərsizləşdirilməsi, eləcə də gölün ətrafındakı tullantıların qanunsuz atılması sahəsinin ləğv ediləcəyi planlaşdırılır.Z.İbrahimovun sözlərinə görə, gölün cənub sahilində yağış sularına tam sədd qoyulacaq, burada geniş abadlıq işləri həyata keçiriləcək, park və yaşıllaşdırma zolaqları yaradılacaq. Gölün çirklənməsinin qarşısının alınması məqsədilə stadion istiqamətində çirkab suları üçün kollektor tikiləcək. Sahil xətti kənarında gəzinti bulvarı, eləcə də stadionun ərazisinə keçid salınacaq.Onun sözlərinə görə, gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2015-2020-ci illəri əhatə edəcək: "Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol