• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət mərkəzləri məcburi sığortalanacaq

İstirahət mərkəzləri məcburi sığortalanacaq
04.04.2014 15:37

Azərbaycanın istirahət və əyləncə mərkəzləri burada baş verən bədbəxt hadisələrə görə müştərilər qarşısındakı məsuliyyətlərini məcburən sığortalamalı olacaqlar. Bu yenilik turizmlə bağlı yeni qanun layihəsində nəzərdə tutulub. Lent.az-ın məlumatına görə, bu barədə fins.az-a mədəniyyət və turizm Naziri Əbülfəs Qarayev bildirib.

"Turizm haqqında" yeni qanunda istirahət mərkəzlərinin məsuliyyətinin sığortası ilə bağlı bir neçə variant nəzərdən keçirilir. Bunlardan biri mülki məsuliyyətin icbari  sığortalanmasıdır.  Digər variant mülki məsuliyyətin könüllü sığortalanmasıdır - amma könüllü olmasına baxmayaraq, əslində bu sığorta da məcburi xarakter daşıyacaq , çünki belə sığortası olmayana istirahət mərkəzi və ya otel kimi fəaliyyət göstərmək üçün lisenziya verilməyəcək.

Nəhayət, 3-cü varianta görə, otel və ya istirahət mərkəzi burada baş verən bədbəxt hadisəyə görə zərərçəkənə kompensasiya ödəyəcəyi barədə bank zəmanəti təqdim etməli olacaq. Başqa sözlə, hər 3  halda turizm obyektindən öz məsuliyyətini məcburi sığortalamaq tələb olunacaq.

"Qanunda bu variantlardan biri və ya hər üçü nəzərdə tutula bilər ki, turizm obyektləri özlərinə daha uyğun variantı seçsinlər, amma bu variantlardan biri hökmən tətbiq ediləcək" - deyə, nazirliyin hüquq şöbəsindən bildirilib.

Xatırladaq ki, ötən il istirahət mərkəzlərinin birində baş verən bədbəxt hadisə nəticəsində azyaşlı İmran Cəfərzadə ağır xəsarətlər almışdı. Sonradan dövlətin dəstəyi ilə müalicə olunmuş 3 yaşlı İmran Cəfərzadəni xatırladan nazir Ə.Qarayev hazırda turizm obyektlərində təhlükəsizlik məsələləri ilə bağlı monitorinqlərin keçirildiyini bildirib: "Hansı istirahət mərkəzlərində lazımi ölçülər götürülür və təhlükəsizlik islahatları təmin olunarsa, onlara fəaliyyət göstərməyə icazə veriləcək”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol